“EkoSfera” gənc ekoloqlar üçün uşaq ekologiya düşərgəsi keçirir

Posted by

"EkoSfera" gənc ekoloqlar üçün uşaq ekologiya düşərgəsi keçirir “EkoSfera” gənc ekoloqlar üçün uşaq ekologiya düşərgəsi keçirir

"EkoSfera" gənc ekoloqlar üçün uşaq ekologiya düşərgəsi keçirir

YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və “EkoSfera” Sosial-Ekoloji Mərkəzin birgə layihəsi çərçivəsində 5-7 sentyabr tarixlərində gənc ekoloqlar üçün “Ecazkar heyvanlar yanında” uşaq ekologiya düşərgəsi keçirilir. Trend xəbər verir ki, bu barədə şənbə günü Mərkəzin yaydığı məlumatda deyilir.

Təbiət elmləri və ətraf mühitin qorunması təmayüllü uşaq ekologiya düşərgəsi, gənc təbiətşünaslar üçün təbiət qoynunda dərslər keçirilməsinin metodologiyasının hazırlanması YUNESKO-nun Azərbaycandakı mövcud proqramları ilə üst-üstə düşür.

Üçgünlük proqram 10-13 yaş arası 35 uşaq üçün nəzərdə tutulub və proqrama xüsusi əyani dərslər və heyvanların müşahidəsi, herbari materiallarının toplanması, qruplarla iş, yaradıcı seminarlar və sahə elmi-tədqiqat laboratoriyası daxildir.

Ekspertlər “EkoSfera” Mərkəzinin aparıcı mütəxəsissləri və ekotrenerləri, Bakı Dövlət Universiteti Ekologiya və torpaqşünaslıq fakültəsi Bioekologiya kafedrasının müəllimləri, Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun elmi əməkdaşlarıdır.

Düşərgə ARDNŞ-nin Ekologiya İdarəsinin, SOCAR Eko-parkın və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə hayata keçirilir.

Uşaqlar ilbizlərin, arıların, qurbağaların, kərtənkələlərin, ilanların və yarasaların həyatını öyrənmiş olacaqlar. Bu növlər təsadüfən seçilməyib – planetin biomüxtəlifliyinin qorunması üçün bütün canlıların növ müxtəlifliyinin zənginliyi lazımdır.

Proqramın əsas məqsədi uşaqlara canlıların ekosistemdəki ekoloji rolunun zəruriliyini öyrətmək, “qonşu biotopların” maraqlı həyat tərzlərinin aspektlərini nümayiş etdirmək, ənənəvi olaraq “sevilməyən və ya zərərli hesab edilən” təbiət nümayəndələrinə münasibətin dəyişməsinə nail olmaqdan ibarətdir.

 

Trend/az