Ekologiya və təbii sərvətlər naziri Şəmkir vətəndaşları qəbul edəcək
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov noyabrın 28-i saat 10:00-da Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcəkdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, qəbulda Şəmkir, Gədəbəy, Samux rayonlarının və Gəncə şəhərinin sakinləri iştirak edəcəklər.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, ETSN-in 168 saylı “Qaynar xətt”i, həmçinin Şəmkir Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə ( telefonlar: 070 852 53 06; 050 520 48 05; 022 3077435) əlaqə saxlamaları xahiş olunur.
AzərTac.az