Dövlət Sərhəd Xidmətinin rəisi Cəlilabadda vətəndaşları qəbul etmişdir

Posted by

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürlər.

AzərTAc xəbər verir ki, fevralın 6-da Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev Göytəpə Sərhəd Dəstəsində Biləsuvar, Cəlilabad, İmişli və Neftçala rayonlarının sakinlərinin qəbulunu keçirmişdir.

Dövlət Sərhəd Xidmətinin məsul əməkdaşlarının iştirakı ilə keçirilən qəbul zamanı DSX rəisi, general-leytenant Elçin Quliyev vətəndaşların müraciətlərində qaldırılan məsələlər üzrə onların qanunauyğun, dərhal və operativ şəkildə həll edilməsi məqsədi ilə əlaqədar struktur qurumlarının rəhbərlərinə müvafiq göstərişlər vermişdir.

Gün ərzində DSX-nin rəisi tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapmışdır.

AzərTac.az