“Dövlət qulluğuna qəbul və dövlət qulluqçusunun karyera inkişafı” mövzusunda tədbir keçirilmişdir

Posted by

“Dövlət qulluğuna qəbul və dövlət qulluqçusunun karyera inkişafı” mövzusunda tədbir keçirilmişdir

“Dövlət qulluğuna qəbul və dövlət qulluqçusunun karyera inkişafı” mövzusunda tədbir keçirilmişdir

“Dövlət qulluğuna qəbul və dövlət qulluqçusunun karyera inkişafı” mövzusunda tədbir keçirilmişdir

Aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN) və Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın təşkilatçılığı ilə “Dövlət qulluğuna qəbul və dövlət qulluqçusunun karyera inkişafı” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbiri açan DİA-nın rektoru, akademik Urxan Ələkbərov ölkəmizdə təhsilin keyfiyyətinin artırılmasına, dövlət quruculuğu, dövlət və sosial idarəetmə sistemi üçün yüksək ixtisaslı kadrların hazırlanmasına xüsusi önəm verildiyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə aparılan məqsədyönlü islahatlar dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsində və insan kapitalının inkişafında mühüm rol oynamışdır. Urxan Ələkbərov Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Fondun bu sahədə həyata keçirdiyi proqramları da qeyd etmişdir.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin şöbə müdiri Elvin Paşayev gənclərin məşğulluğunun artırılmasında dövlət siyasəti və “ASAN xidmət”in rolu mövzusunda çıxış etmişdir. O, dövlət qulluğuna qəbulun şərtləri, onlayn qeydiyyatın aparılması, vəzifə seçimi zamanı hansı məsələlərə diqqət yetirilməsi, ixtisas uyğunluğu və tələbi, sənədlərin hansı formada təqdim olunması və s. haqqında məlumat vermişdir.

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın şöbə müdiri Afaq Hüseyn “ASAN xidmət” ilə Komissiyanın fəal əməkdaşlığı haqqında danışmışdır. O, hazırda bir neçə istiqamətdə işlərin həyata keçirildiyini bildirmişdir. Qeyd edilmişdir ki, bu istiqamətlərdən biri də dövlət qulluğuna qəbul prosesinin həyata keçirilməsində “ASAN xidmət”də mövcud olan vakansiyaların Komissiyanın xətti ilə elan olunmasıdır.

Sonra tədbirdə “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən könüllülər, həmçinin DİA-nın bakalavrları və magistrları dövlət qulluğuna qəbul qaydaları, imtahan proseduru, dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və ümumi müsahibə şərtləri barədə məlumatlandırılmışlar.

 

AzərTac.az