Dövlət qulluğuna qəbul olmaq üçün imtahan verənlərin təxminən 1/3-i uğur qazanıb

Posted by

Dövlət qulluğuna qəbul olmaq üçün imtahan verənlərin təxminən 1/3-i uğur qazanıbDövlət qulluğuna qəbul olmaq üçün imtahan verənlərin təxminən 1/3-i uğur qazanıb

Dövlət qulluğuna qəbul olmaq üçün imtahan verənlərin təxminən 1/3-i uğur qazanıb

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən elan edilmiş müsabiqənin test imtahanı mərhələsi başa çatıb.

Komissiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 1, 23, 30 aprel, 20 may və 13 iyun 2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 89 dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan 925 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edib.

13 iyun tarixdə elan olunmuş müsabiqə istisna olmaqla, digər müsabiqələrdə iştirak etmək üçün Komissiyada qeydə alınmış 6540 namizədin 33,91%-ni qadın namizədlər, 75,23%-ni isə gənclər təşkil edib. Namizədlərdən 34,68%-i (2268 namizəd) test imtahanında iştirak etməyib.

Test imtahanı mərhələsində iştirak edən 4272 namizəddən 1298 nəfəri müsabiqənin ilk mərhələsini uğurla başa vurub. 245 namizəd isə 5-ci təsnifat inzibati vəzifə üzrə keçid balını toplamayıb, lakin 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə müsahibə mərhələsində iştirak etmək hüququ əldə edib. Onlardan da yalnız 99-u bu hüquqdan istifadə edib.

Test imtahanı mərhələsini uğurla keçən 1298 nəfərdən 28,51%-ni qadın namizədlər, 77,97%-ni isə gənclər təşkil edib.

Hər bir namizədə test imtahanını bitirən kimi dərhal nəticələri əks etdirən arayış təqdim edilib, eyni zamanda, nəticələr Komissiyanın rəsmi internet saytında yerləşdirilib.

Test imtahanı mərhələsinin nəticələrinə görə daha çox namizədin uğur qazandığı dövlət orqanları bunlardır:

– Dövlət Sosial Müdafiə Fondu – qeydə alınmış 790 namizəddən 203 nəfəri;

– Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – qeydə alınmış 407 namizəddən 70 nəfəri;

– Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi – qeydə alınmış 229 namizəddən 66 nəfəri;

– İqtisadiyyat və Sənaye Nazirliyi – qeydə alınmış 610 namizəddən 63 nəfəri;

– Nəqliyyat Nazirliyi – qeydə alınmış 238 namizəddən 53 nəfəri.

Qeyd edək ki, müsabiqənin müsahibə mərhələsi 12 iyun 2014-cü il tarixdə başlayıb. İndiyə kimi müsahibədə iştirak etmiş 131 namizəddən 43 nəfəri bu mərhələdən də uğurla keçib. Elan edilmiş müsabiqənin müsahibə mərhələsi 11 dövlət orqanı üzrə başa çatıb.

Komissiya tərəfindən 13 iyun tarixdə elan olunmuş müsabiqə üzrə qeydiyyat iyul ayının 14-nə kimi davam edəcək.

 

Trend.az