Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alanlar üçün illik qeydiyyat formasında dəyişiklik edilib

Posted by

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alanlar üçün illik qeydiyyat formasında dəyişiklik edib.

Trend Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 27 noyabr tarixli, 261 nömrəli qərarı ilə təsdiq edilmiş Təhsil Nazirliyi ilə Dövlət Proqramı təqaüdçüsü arasında bağlanmış müqavilənin 2.3.6-cı bəndinə uyğun tədris ili bitdikdən sonra 20 təqvim günü ərzində illik tədrisin nəticələrinə dair rəsmi çıxarışlarla elektron qaydada hesabat təqdim edərək qeydiyyatdan keçməlidir.

Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələr hər tədris ilinin sonunda qeydiyyatdan keçmək məqsədilə bir neçə sənədi (ali təhsil müəssisəsinin imza və möhürü ilə) təhsil aldıqları ölkə üzrə məsul əməkdaşın (http://xaricdetehsil.edu.gov.az/c-elaqe/) elektron poçt ünvanına göndərməlidirlər. Həmin sənədlər təhsil alanın cari tədris ilini müvəffəqiyyətlə bitirərək növbəti tədris ilinə keçməsini təsdiq edən ali məktəbin rəsmi sənədi, cari tədris ilinin qiymət cədvəlindən rəsmi çıxarış (transkript) və növbəti tədris ilinin təhsil haqqına dair rəsmi invoysdur (olduğu təqdirdə). Qeyd edilən sənədlərin həqiqiliyinin yoxlanılması məqsədi ilə TN tərəfindən tələbənin təhsil aldığı ali məktəbə sorğu göndəriləcək. Sənədlər tam şəkildə qeydiyyata alındıqdan sonra növbəti tədris ili üçün yaşayış və təhsil xərclərinin ödənişi mümkün olacaq.

Trend.az