Dövlət proqramı çərçivəsində xaricdə oxuyan tələbələrin yaşayış xərcləri tədris müddətinə uyğun olaraq maliyyələşdiriləcək

Posted by

Dövlət proqramı çərçivəsində xaricdə oxuyan tələbələrin yaşayış xərcləri tədris müddətinə uyğun olaraq maliyyələşdiriləcək

 

Dövlət proqramı çərçivəsində xaricdə oxuyan tələbələrin yaşayış xərcləri tədris müddətinə uyğun olaraq maliyyələşdiriləcək

Dövlət proqramı çərçivəsində xaricdə oxuyan tələbələrin yaşayış xərcləri tədris müddətinə uyğun olaraq maliyyələşdiriləcək

 

Bundan sonra “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin yaşayış xərcləri tələbənin təhsil aldığı ölkənin məktəblərinin tədris müddətinə uyğun olaraq həyata keçiriləcək.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla bağlı “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydaları”nda dəyişikliklər edib.

Yaşayış xərclərinə təhsil alanların yataqxana, gündəlik qidalanma, yerli nəqliyyatdan istifadə, internet xidməti, telefon danışıqları aiddir və bu xərclər təhsil alanın ölkəyə daxil olduğu tarixdən etibarən təhsil müddətinin sonunadək olan dövrü əhatə edir.

Yeni dəyişikliklərə əsasən, bu ödəmə təhsil alan təhsil aldığı ölkəyə daxil olduqdan sonra həmin ölkə üzrə müvafiq təhsil səviyyəsinin standart tədris müddətinə uyğun olaraq maliyyələşdiriləcək. Bakalavr səviyyəsi üzrə Kanada və Böyük Britaniyada oxuyanlar üçün 8 ay, digər ölkələrdə oxuyanlar üçün 9 ay, magistratura səviyyəsi üzrə Böyük Britaniyada oxuyanlar üçün 12 ay, digər ölkələrdə oxuyanlar üçün 10 ay, aspirantura, doktorantura, rezidentura səviyyələri üzrə oxuyanlar üçün isə 12 ay üzrə ödəmələr həyata keçiriləcək.

Təhsil alanın təhsil müddəti tədris ili ərzində daha böyük dövrü əhatə etdiyi təqdirdə, təhsil alanın əlavə müddət üçün yaşayış xərcləri xarici ölkənin ali məktəbləri, tərəfdaş qurumları və ya Azərbaycanın xarici ölkələrdəki səfirlik və digər nümayəndəlikləri tərəfindən Azərbaycan Təhsil Nazirliyinə təqdim olunan məlumatlara uyğun olaraq maliyyələşdiriləcək.

Əlavə müddət üçün yaşayış xərcləri hesablanarkən Təhsil Nazirliyinə təqdim olunan məktubda qeyd edilən tədris ilinin başa çatma tarixinə qədər olan müddət əsas götürülür. Bu zaman tədris ilinin sonuncu ayı üçün yaşayış xərcləri aidiyyəti ölkə üzrə aylıq yaşayış xərci normasının bir günə düşən məbləğini təhsil müddətinin müvafiq ay üzrə başa çatma tarixinə qədər olan günlərin sayına vurmaqla müəyyən edilir.

 

Trend.az