Dövlət Məşğulluq Xidmətində I rübün yekunları müzakirə edilib

Posted by

Dövlət Məşğulluq Xidmətində I rübün yekunları müzakirə edilib

Dövlət Məşğulluq Xidmətində I rübün yekunları müzakirə edilib

Dövlət Məşğulluq Xidmətində I rübün yekunları müzakirə edilib

Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun sədrliyi, nazirlik yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarının məsul şəxslərinin iştirakı ilə respublikada işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi və aktiv məşğulluq tədbirlərinin təşkili sahəsində mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclas keçirilib.

 

APA-nın xəbərinə görə, toplantıda çıxış edən S.Müslümov bildirib ki, Azərbaycan iqtisadiyyatı əvvəlki illərdə olduğu kimi, stabil, dinamik inkişafını davam etdirir. 2014-cü ilin I rübü ərzində ölkədə istehsal olunan Ümumi Daxili Məhsul 2,5% artıb. Ümumilikdə qeyri-neft sektorunda isə artım 8,8% olub.

 

S.Müslümov qeyd edib ki, BMT-nin 2013-cü ildə dünya ölkələrinin inkişaf meylləri ilə bağlı nəşr etdiyi hesabata görə, Cənubi Qafqaz ölkələri arasında Azərbaycan sürətli iqtisadi artımı davam etdirən ölkə kimi qeyd edilir: “Belə sürətli inkişaf aşağı səviyyəli – təxminən 2%-li inflyasiya ilə müşahidə olunub. Əhalinin pul gəlirləri 4,5% artıb. Ölkədə orta aylıq əmək haqqının səviyyəsi 430 manata çatıb. I rübdə təqribən 29 min yeni iş yeri yaradılıb. Bu isə insanların rifah səviyyəsinin hər ay, hər gün yüksəldiyini göstərir. Məşğulluq xidməti nazirliyin ən əsas fəaliyyət sahəsidir və simasıdır. Nazirliyin fəaliyyəti bu xidmətdən başlayır”.

 

Apa.az