Dövlət Əmək Müfəttişliyi Xidməti əməkdaşları üçün “Peşə gigiyenası” təlimi keçirilir

Posted by

Dövlət Əmək Müfəttişliyi Xidməti əməkdaşları üçün “Peşə gigiyenası” təlimi keçirilirDövlət Əmək Müfəttişliyi Xidməti əməkdaşları üçün “Peşə gigiyenası” təlimi keçirilir

Dövlət Əmək Müfəttişliyi Xidməti əməkdaşları üçün “Peşə gigiyenası” təlimi keçirilir

Bakıda Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları üçün “Peşə gigiyenası” mövzusunda ikigünlük təlim seminarı keçirilir.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) əməkdaşları üçün “Peşə gigiyenası” mövzusunda ikigünlük təlim seminarına başlanılıb.

 

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, seminar İslam Əməkdaşlıq Təşkilatı (İƏT) nəzdindəki İslam ölkələrində Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRİC) “İƏT-in Potensialının gücləndirilməsi” proqramı çərçivəsində təşkil edilib. Həmin Proqrama uyğun olaraq, İƏT-ə üzv ölkələrdə əməyin təhlükəsizliyi və sağlamlığı sahəsində ehtiyac duyulan mövzularda təlim proqramları həyata keçirilir.

 

Seminarda Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin Peşə Təhlükəsizliyi və Sağlamlığı Baş İdarəsinin mütəxəssisi İsmail Firat Yavuzdemir tərəfindən istehsal sahələrində əmək şəraitinin ekspertizası, iş yerlərində insan sağlamlığına mənfi təsir göstərən zərərli fiziki-kimyəvi-bioloji amillərin, toksiki maddələrin tədqiq olunmasının müasir üsulları barədə təqdimatlar edilib.

 

Tədbirdə həmçinin iş yerlərində sağlamlıq üçün zərərli istehsalat amillərinin müəyyən olunması üçün müasir ölçmə vasitələri, yeni ekspertiza avadanlıqları, onlardan istifadə mexanizmi barədə də iştirakçılara dolğun məlumatlar veriləcək.

 

Trend.az