Dövlət Miqrasiya Xidmətinin yaradılmasının yeddinci ildönümü ərəfəsində miqrasiya sahəsini əhatə edən maarifləndirmə-məlumatlandırma tədbirləri uğurla davam etdirilir

Posted by

Dövlət Miqrasiya Xidmətinin (DMX) yaradılmasının yeddinci ildönümü və miqrasiya işçilərinin peşə bayramı ərəfəsində regional miqrasiya idarələrində və respublikamızın ayrı-ayrı bölgələrində, ali məktəblərdə qurumun əməkdaşları ilə əcnəbilərin, tələbələrin, geniş ictimaiyyət nümayəndələrinin görüşləri təşkil olunmuşdur.

DMX-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Yevlax, Lənkəran şəhərlərində və Ağsu, Xaçmaz, Saatlı rayonlarında Xidmətin baş idarə və idarə rəislərinin, eləcə də regional miqrasiya idarələri rəhbərlərinin ötən dövr ərzində miqrasiya sahəsindəki yeniliklərlə ictimaiyyətin maarifləndirilməsi və məlumatlandırılması məqsədilə keçirdikləri görüşlər maraqla qarşılanmışdır.

Rayonların icra hakimiyyətləri, yerli özünüidarəetmə orqanları nümayəndələrinin, sahibkarların, işəgötürənlərin və əcnəbilərin iştirak etdikləri görüşlərdə miqrasiya qanunvericiliyi, miqrasiya prosesi iştirakçılarının hüquq və vəzifələri barədə ətraflı məlumat verilmişdir.

Miqrasiya Məcəlləsinin maddələrinin izahı, qanunvericiliyin tələbləri, normativ-hüquqi aktlardakı dəyişikliklər şərh olunmuşdur.

Görüşlərdə həmçinin dünyada gedən miqrasiya prosesinin, ölkəmizə əcnəbilərin göstərdiyi marağın səbəbləri ətrafında fikir mübadiləsi aparılmışdır.

Ölkə ərazisində müvəqqəti olma, yaşama, daimi yaşama, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması üçün prosedurlar, qanunvericiliyin pozulmasına görə məsuliyyət diqqətə çatdırılmışdır. Azərbaycanın bölgələri ilə yanaşı, təhsil ocaqlarında – Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Tibb Universiteti, Bakı Slavyan Universiteti, Qafqaz Universiteti, Gəncə və Sumqayıt dövlət universitetlərində keçirilmiş seminar-məşğələlərdə əcnəbi tələbələrin hüquq və vəzifələrindən bəhs olunmuşdur. Ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alan əcnəbilərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsi verilməsini təmin etmək üçün universitet və kolleclərin müvafiq struktur bölmələrinin həyata keçirdikləri sənədləşmə işləri ilə bağlı məsələlərə toxunulmuşdur.

Çıxışlarda istər əcnəbinin, istərsə də ölkəmizin vətəndaşının Konstitusiya və qanunlarımıza, Azərbaycan xalqının adət və ənənələrinə hörmətlə yanaşmalarının vacibliyi ön plana çəkilmişdir.

İştirakçıları maraqlandıran, eləcə də izahına ehtiyac olan suallar cavablandırılmışdır.

AzərTac.az