Dövlət Komitəsinin sədr müavini: “Azərbaycanda torpaqlardan istifadə və mühafizəsinə dövlət nəzarətində yeni mexanizmlərin tətbiqi istiqamətində tədbirlər görülür”

Posted by

Dövlət Komitəsinin sədr müavini: “Azərbaycanda torpaqlardan istifadə və mühafizəsinə dövlət nəzarətində yeni mexanizmlərin tətbiqi istiqamətində tədbirlər görülür”Dövlət Komitəsinin sədr müavini: “Azərbaycanda torpaqlardan istifadə və mühafizəsinə dövlət nəzarətində yeni mexanizmlərin tətbiqi istiqamətində tədbirlər görülür”

Dövlət Komitəsinin sədr müavini: “Azərbaycanda torpaqlardan istifadə və mühafizəsinə dövlət nəzarətində yeni mexanizmlərin tətbiqi istiqamətində tədbirlər görülür”

Əmlak Məsələləri Dövlət Komitəsi Bakıda torpaq münasibətlərinin tənzimlənməsində vahid dövlət idarəçiliyi və torpaq bazarının təşkilinə dair işgüzar forum keçirib.

 

“APA-Economcis” xəbər verir ki, işgüzar forumun keçirilməsinin əsas məqsədi torpaqların vahid mərkəzdən dövlət idarəçiliyinin prinsip və mexanizmlərini, habelə dövlət torpaqlarının daha səmərəli mühafizəsi və istifadəsinə dövlət nəzarətinin həyata keçirilməsi istiqamətində görülən işlərin açıqlanmasıdır. İyulun əvvəlindən başlanılan belə forumlar Şirvan, Ucar, Şamaxı, Sumqayıt, Mingəçevir, Gəncə, Qazax, Bərdə, Beyləqan və Xaçmaz artıq keçirilib.

 

Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov bildirib ki, vahid mərkəzdən torpaq münasibətlərinin tənzimlənməsi və idarəçiliyində innovativ üsulların, habelə torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətində müasir yanaşmalar və yeni mexanizmlərin tətbiqi istiqamətində tədbirlər görülür.

 

“Artıq komitə tərəfindən torpaqların istifadəsi, mühafizəsi və qorunmasına dövlət nəzarətinin təmin edilməsi və torpaq bazarının təşkili istiqamətində tədbirlərə start verilib. Artıq dövlət torpaqlarının mühafizəsi, təyinatı üzrə istifadəsi, əsassız istifadə hallarının müəyyən edilməsi və qarşısının alınması, bu sahədə nəzarət tədbirlərinin görülməsi ilə bağlı artıq torpaq müfəttişləri monitorinq və reydlər keçirirlər. Pozuntularla əlaqədar torpaq və inzibati xətalar barədə qanunvericiliyə əsasən inzibati cərimələr və sanksiyalar tətbiq edilir”, – deyə R.Cəlilov bildirib.

 

Sədr müavini vurğulayıb ki, müfəttişlər tərəfindən bu günədək 2 132 qanunvericiliyin pozulması halları aşkar edilib və 65 608 manat cərimə tətbiq olunub.

 

“Əksər hallarda kənd təsərrüfatı torpaqlarında süni göllər yaradılır, qeyri-qanuni karyerlər açılır ki, bu da torpaqların münbitliyinin qarşısını alır, ərazilərdə eroziyalara səbəb olur”, – deyə sədr müavini qeyd edib.

 

R.Cəlilov Sumqayıt şəhərinin kadastr xəritəsinin artıq hazır olduğunu, Bakı şəhərinin də kadastr xəritəsinin qısa müddətdə hazır olacağını bildirib. Bundan başqa, sədr müavini Gəncə və Şəki şəhərlərinin də kadastr xəritəsinin hazırlanacağını deyib. O əlavə edib ki, xəritənin 2016-cı ilin I yarısında yekunlaşacaq.

 

Apa.az