Dövlət Gömrük Komitəsinin sədri Yardımlıda vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev avqustun 28-də saat 10-da Yardımlı şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti) bu bölgədən olan vətəndaşları qəbul edəcək.
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbul zamanı bölgədə yerləşən – Yardımlı, Lənkəran, Astara, Masallı və Lerik rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar avqustun 27-si saat 10-dək “192” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Astara Gömrük İdarəsi (əlaqə telefonu: (025) 225-10-06) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.
AZƏRTAC