Dövlət Gömrük Komitəsinin sədri Xaçmazda vətəndaşları qəbul edəcək
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev mayın 30-da saat 11:00-da Xaçmaz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində bu bölgədən olan vətəndaşları qəbul edəcək.
Komitədən “APA-Economics”ə qəbul zamanı bölgədə yerləşən rayonların – Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Apa/az