Dövlət Gömrük Komitəsinin sədri Naftalanda vətəndaşları qəbul edib
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Nafatalan şəhərində gömrük xidmətinə dair müraciəti olan vətəndaşları qəbul edib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, görüşə gələn şəxslərin hər birini qəbul edən sədr qaldırılan məsələlərin əksəriyyətinin yerindəcə həllinə tapşırıq verib. Bəzi müraciətlərin qanuna uyğun qaydada öz həllini tapması isə komitənin müvafiq idarə və strukturlarına həvalə edilib.
Qəbulda Naftalan, Göygöl, Goranboy, Bərdə, Tərtər rayonlarından olan sakinlər iştirak ediblər.
Apa.az