Dövlət Gömrük Komitəsinin sədri Şəmkirdə vətəndaşları qəbul edəcək

Posted by

Dövlət Gömrük Komitəsinin sədri Şəmkirdə vətəndaşları qəbul edəcəkDövlət Gömrük Komitəsinin sədri Şəmkirdə vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsinin sədri Şəmkirdə vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin regionlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Şəmkirdə vətəndaşları qəbul edəcək. Qəbul oktyabrın 31-də saat 10-da şəhərdəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 5) keçiriləcək.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, qəbulda Şəmkir, Gədəbəy, Samux rayonlarından olan vətəndaşların gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

 

AzərTac.az