Dövlət İdarəçilik Akademiyasında dövlət qulluqçuları üçün ixtisasartırma kursları

Posted by

Dövlət İdarəçilik Akademiyasında dövlət qulluqçuları üçün ixtisasartırma kursları

Dövlət İdarəçilik Akademiyasında dövlət qulluqçuları üçün ixtisasartırma kursları

 

 

Dövlət İdarəçilik Akademiyasında dövlət qulluqçuları üçün ixtisasartırma kursları

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Dövlət qulluğunun təşkilati əsasları və dövlətin kadr siyasəti”, “Miqrasiya proseslərinin dövlət tənzimlənməsi”, “Elektron hökumət” istiqamətləri üzrə qısamüddətli ixtisasartırma kursları keçirilib.

 

DİA-dan AzərTAc-a bildiriblər ki, kurslarda dövlət orqanlarında, o cümlədən şəhər və rayon icra hakimiyyətlərində çalışan müvafiq dövlət qulluqçuları iştirak ediblər. Kursların əsas məqsədi dövlət qulluğunda insan inkişafı amili, dövlət orqanlarında vətəndaşların müraciətlərinə baxılması, dövlət orqanlarında kadr xidmətinin strukturu və funksiyaları, Azərbaycan Respublikasında miqrasiya rejimi və bu sahədə aparılan islahatlar, Miqrasiya Məcəlləsi, Azərbaycan Respublikasının müasir miqrasiya siyasətinin əsas istiqamətləri, Azərbaycanda informasiya cəmiyyəti quruculuğu, elektron xidmətlər, onların təşkili və təqdim olunması, “Elektron hökumət” portalı və s. ilə bağlı biliklərin dinləyicilərə çatdırılması, bu sahədə fikir mübadiləsinin aparılması olub.

 

Kurs müddətində müvafiq istiqamət üzrə Azərbaycan Respublikası Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi müdirinin müavini Fikrət Əzizov, kadr məsələləri şöbəsinin kadr siyasəti sektorunun müdiri Vasif Xələfov, Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, DİA-nın rektoru, akademik Urxan Ələkbərov, akademiyanın tədris işləri üzrə prorektoru, professor Əlikram Abdullayev, kafedra müdirləri, professorlar müxtəlif mövzularda mühazirələrlə çıxış ediblər.

 

Kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olunub.

 

AzərTac.az