DSMF sədri Lənkəranda vətəndaşları qəbul edib

Posted by

DSMF sədri Lənkəranda vətəndaşları qəbul edibDSMF sədri Lənkəranda vətəndaşları qəbul edib

DSMF sədri Lənkəranda vətəndaşları qəbul edib

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev oktyabrın 9-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran, Astara, Masallı, Lerik və Yardımlı rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyicilərini və pensiyaçıları qəbul edib.

 

APA-nın cənub bürosunun məlumatına görə, fondun məsul əməkdaşlarının, Lənkəran, Astara, Masallı, Lerik və Yardımlı rayon şöbə müdirlərinin iştirakı ilə keçirilən qəbulda ümumilikdə 35-dək vətəndaşın müraciətinə baxılıb.

 

“Açıq qapı” şəraitində davam etdirilən görüşdə əvvəlcədən qəbula yazılanlardan əlavə olaraq gələn vətəndaşların da müraciətləri dinlənilib. Müraciətlərin əksər hissəsi sosial sığorta və pensiya təminatı, o cümlədən sosial sığorta stajının müəyyənləşdirilməsi, pensiyaların məbləğinin yenidən hesablanması, başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, həmçinin əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələləri əhatə edib. Bir neçə müraciət isə məcburi dövlət sosial sığorta haqları ilə bağlı olub.

 

Qəbul zamanı bütün müraciətlərə operativ şəkildə baxan Elman Mehdiyev qaldırılan məsələlərin həll olunması üçün müvafiq rayon şöbələrinin rəhbərlərinə, həmçinin Fondun digər vəzifəli şəxslərinə konkret tapşırıqlarını verib.

 

DSMF-nin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyəti orqanlara müraciət edilməsi qərara alınıb.

 

Apa.az