DSMF-nin İnformasiya İdarəetmə Sisteminin funksiyaları genişləndirilib
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İnformasiya İdarəetmə Sistemində (İİS) rayon şöbələrinə aid olan hissə üzrə yeni funksionallar istifadəyə verilib. İnformasiya İdarəetmə Sistemi SINAM şirkəti tərəfindən yaradılıb. Bu barədə bazar ertəsi Trend-ə SINAM-dan məlumat veriblər.
Fərdi uçot sektoru. “Fərdi uçot sektoru müfəttişinin avtomatlaşdırılmış iş yeri” sistemi vasitəsilə sığortaedənlərin öz sığortaolunanları üzrə il ərzində ödənilmiş MDSS haqları barədə məlumatları toplanılaraq emal edilməsi proqram kompleksinin təkmilləşdirilməsi. Sığortaolunanların 2006-cı ilə qədərki ümumi stajlarının sığortaedən səviyyəsində yığılaraq DSMF rayon şöbələri vasitəsilə Mərkəzi verilənlər bazasında toplanması.
Gəlirlər sektoru. “Gəlirlər sektoru müfəttişinin avtomatlaşdırılmış iş yeri” sistemi vasitəsilə sığortaedənlərin MDSS haqlarının ödənilməsi barədə maliyyə hesabatlarının qəbulu və emalı üçün proqram təminatının hazırlanması. Bu emalın nəticələri əsasında müxtəlif istiqamətlərdə təhlillər və yekun hesabatların alınması.
Emal nəticələrinin “Sığortaedənlərin maliyyə hesabatlarının mərkəzi emal sistemi”nə daxil edilmək üçün mərkəzə ötürülməsi.
Yuxarıda təsvir edilən altsistemlərdən əlavə son dövrdə DSMF İİS-nin tərkibində MDSS üzrə hesabatların (B1, B2 formaları) və MDSS haqları üzrə sığortaolunanlar üzrə məlumatların (B3 forması) elektron formada hazırlanması və İnternet üzərindən DSMF-nin müvafiq qurumlarına çatdırılması üçün yeni “e-DSMF” sistemi də yaradılmış və təkmilləşdirilib.
Sığortaedənlə DSMF arasında elektron sənəd mübadiləsi aşağıdakı mərhələlər üzrə həyata keçirilir:
• Elektron sənəd mübadiləsinə dair ərizə formasının doldurulması;
• Sığortaedənlərə DSMF-dəki yeni uçot nömrəsinin, istifadəçi kodu, parol və şifrənin verilməsi;
• Proqram təminatının (B1Editor, B2Editor, B3Editor) DSMF portalı vasitəsilə əldə edilməsi.
Qeyd etmək lazımdır ki DSMF-nin İnformasiya İdarəetmə Sisteminin mərkəzi aparata aid olan bloku üç hissədən ibarətdir:
• fərdi uçot və fərdi şəxsi hesablar sistemi;
• sığortaedənlərin mərkəzi qeydiyyat sistemi;
• sığortaedənlərin maliyyə hesabatlarının mərkəzi emal sistemi.
Sistemin mərkəzi hissəsində aşağıdakı proseslərin yerinə yetirilməsini təmin edən proqram təminatı hazırlanmış və tam həcmdə istifadə olunur:
• Fərdi uçot və fərdi şəxsi hesablar sistemi. Sığortaedənlərin il ərzində hansı sığortaolunan üçün nə qədər MDSS haqqı ödədiyi barədə məlumatların DSMF rayon şöbəsi vasitəsilə mərkəzə ötürülməsi və Mərkəzdə bu maliyyə göstəricilərinin hər bir konkret sığortaolunanın fərdi hesabına daxil edilməsi;
• Sığortaedənlərin maliyyə hesabatlarının mərkəzi emal sistemi. Sığortaedənlərin MDSS haqlarının ödənilməsinə dair rüblük hesabatlarının DSMF rayon şöbələrində qəbulu və “DSMF rayon şöbəsi müfəttişinin avtomatlaşdırılmış iş yeri” sistemi vasitəsilə emal edilməsi, hesabatlar komplektinin alınması. Bu emalın nəticələrinin mərkəzdə qəbul edilərək, müxtəlif istiqamətlərdə təhlillər və yekun hesabatların alınması;
• Sığortaedən tərəfindən məcburi dövlət sosial sığortası üzrə hesabatların (B1, B2 formaları) və məcburi dövlət sosial sığorta haqları üzrə məlumatların (B3 forması) elektron sənəd formasında hazırlanması və DSMF-yə göndərilməsi;
Sığortaedənlər tərəfindən göndərilmiş elektron sənədlərin DSMF-nin müvafiq orqanları tərəfindən qəbulu və sığortaedənlərin məlumatlandırılması.
Trend.az