İğdırda Kəlbəcərdə girov götürülmüş azərbaycanlılarla bağlı etiraz aksiyası keçirilib

Posted by

İğdırda Kəlbəcərdə girov götürülmüş azərbaycanlılarla bağlı etiraz aksiyası keçirilibİğdırda Kəlbəcərdə girov götürülmüş azərbaycanlılarla bağlı etiraz aksiyası keçirilib

İğdırda Kəlbəcərdə girov götürülmüş azərbaycanlılarla bağlı etiraz aksiyası keçirilib

Türkiyənin İğdır şəhərində fəaliyyət göstərən İğdır Azərbaycan Evi Dərnəyi işğal altındakı Kəlbəcər rayonu ərazisində Ermənistan tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyev barəsində 27 oktyabr 2014-cü ildən hüquqi əsası olmadan aparılan “məhkəmə” prosesinin dayandırılması və onların dərhal azadlığa buraxılması üçün imzatoplama kampaniyasına başlayıb.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, doğma torpaqlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülmüş Dilqəm Əsgərovla Şahbaz Quliyevin azadlığa buraxılmaları üçün İğdırdakı Sülh abidəsi önündə toplaşan kampaniyanın təşkilatçıları əllərində Azərbaycan və Türkiyə bayraqlarını, girovların fotolarını, habelə müxtəlif plakatlar tutaraq soydaşlarımıza azadlıq tələb edib.

 

İğdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında Həsən Həsənovun vəhşicəsinə qətlə yetirilməsinə və iki soydaşımızın 3 aydır qanunsuz həbsdə saxlanılmasına dünya ictimaiyyətinin laqeyd qalmasını təəssüflə qeyd edib.

 

S. Ünsal soydaşlarımızın qanunsuz həbsinin Ermənistanın heç vaxt sülh tərəfdarı olmamasının bariz nümunəsi kimi qiymətləndirib: “Ermənistan həm Azərbaycan torpaqlarını işğal edir, həm də günahsız insanları qanunsuz həbs etdirir. Biz bu gün buna etirazımızı bildirmək üçün toplanmışıq. Azərbaycanlı girovlar ən qısa müddətdə azadlığa buraxılmalıdır”.

 

Apa/az