Dünya Bankı Azərbaycanın dünya bazarına çıxarıla bilən bitki ehtiyatlarının seçimini aparır

Posted by

Dünya Bankı Azərbaycanın dünya bazarına çıxarıla bilən bitki ehtiyatlarının seçimini aparır

 

Dünya Bankı Azərbaycanın dünya bazarına çıxarıla bilən bitki ehtiyatlarının seçimini aparır

Dünya Bankı Azərbaycanın dünya bazarına çıxarıla bilən bitki ehtiyatlarının seçimini aparır

 

Dünya Bankı Azərbaycanın dünya bazarına çıxarıla bilən bitki ehtiyatlarının seçimini aparmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının alimləri ilə məsləhətləşir.

Akademiyanın Genetik Ehtiyatlar İnstitutundan Trend-ə verilən məlumata görə, institutun direktoru, aqrar elmlər üzrə elmlər doktoru Zeynal Əkpərov Dünya Bankının Beynəlxalq Maliyyə Korporasiyasının üzvü, sloveniyalı Darja Radiki qəbul edib. Görüşdə məqsəd Azərbaycanın dünya bazarına çıxarıla bilən bitki ehtiyatlarının seçimində alimlərimizlə məsləhətləşməkdir. Z.Əkpərov Azərbaycanda bitki genetik ehtiyatlarının inkişafı, həmçinin yüksək məhsuldarlığa və keyfiyyətə malik yeni bitki sortlarının yaradılması istiqamətində institutun təcrübəsi və tədqiqatları barədə danışıb. O, ölkəmizin yüksək potensiala malik, ixrac dəyəri olan və daşınmaya davamlı bitki məhsulları haqqında qonaqlara məsləhətlər verib.

Tərəflər yüksək məhsuldarlığı ilə fərqlənən meyvə və tərəvəzlərlə bağlı müzakirələr apardıqdan sonra nar, fındıq və pomidor üzərində dayanıblar. Siyahıya daxil ediləcək ilk bitkinin çoxsaylı faydalı əlamətləri ilə seçilən, məhsulu uzun müddət saxlanıla bilən nar bitkisi olması nəzərdə tutulub.

Dünya Bankının siyahısında yer alan bitkilər iki meyar üzrə müəyyənləşdirilir. Bu zaman bitkinin indiki, keçmiş, gələcək potensial göstəriciləri və investisiya qoyuluşunun səviyyəsi əsas götürülür.

Görüşdə institutun Meyvə bitkiləri şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Dilşad Bayramova və Subtropik bitkilər laboratoriyasının rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru Mirzə Musayev də iştirak ediblər.

 

Trend.az