Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Ukraynada yaşayan soydaşlarımızı bir araya gətirib

Posted by

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Ukraynada yaşayan soydaşlarımızı bir araya gətirib

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Ukraynada yaşayan soydaşlarımızı bir araya gətirib

 

 

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Ukraynada yaşayan soydaşlarımızı bir araya gətirib

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin və Azərbaycanın Ukraynadakı səfirliyinin birgə təşəbbüsü ilə Kiyevdə, Heydər Əliyev adına Beynəlxalq Sosial Elmlər İnstitutunda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə konsert keçirilib.

 

Bayram tədbirinə qatılanlar əvvəlcə Ukrayna Regionlararası Heyətin İdarəolunması Akademiyasının qarşısında ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

 

Bayram tədbirində Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk, Xarkov, Donetsk, Çerniqov, Çernavtsı, Xmelinitski, Ternopl, Zakarpatiya və bir sıra vilayət və şəhər təşkilatları rəhbərlərinin, Ukrayna Regionlararası Heyətin İdarəolunması Akademiyasının müəllim və tələbə kollektivi iştirak edib.

 

Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli çıxış edərək təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi əhəmiyyətindən danışıb. Azərbaycan ilə Ukrayna arasındakı tarixi dostluq əlaqələrinin inkişaf dinamikasından söz açan səfir Həmrəylik Gününün Ukraynada yaşayan soydaşlarımız tərəfindən də böyük təntənə ilə qeyd edildiyini vurğulayıb. Bu istiqamətdə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşkilatçılığı ilə Ukraynanın müxtəlif vilayət və şəhərlərində keçirilən silsilə tədbirlərin bu ölkədə yaşayan soydaşlarımızın birlik və həmrəyliyinə xidmət etdiyini diqqətə çatdırıb.

 

Heydər Əliyev adına Beynəlxalq Sosial Elmlər İnstitutunun direktoru İvan Bidziyura Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına xoş arzularını çatdırıb.

 

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva dünya azərbaycanlılarının vahid dövlətçilik məfkurəsi ətrafında birləşməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən söz açıblar. Onlar Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən fərəh hissi duyduqlarını bildiriblər.

 

Sonra Ukraynanın xalq artisti Qurban Abbasovun rəhbərlik etdiyi Azərbaycan mahnı və rəqs ansamblının ifasında konsert proqramı olub.

 

AzərTac.az