Ədliyyə orqanlarında işləmək istəyənlər üçün keçirilmiş test imtahanının nəticələri açıqlanıb

Posted by

Ədliyyə orqanlarında işləmək istəyənlər üçün keçirilmiş test imtahanının nəticələri açıqlanıbƏdliyyə orqanlarında işləmək istəyənlər üçün keçirilmiş test imtahanının nəticələri açıqlanıb

Ədliyyə orqanlarında işləmək istəyənlər üçün keçirilmiş test imtahanının nəticələri açıqlanıb

Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün keçirilmiş test imtahanının nəticələri elan olunub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, bu gün komissiya tərəfindən Ədliyyə Nazirliyi ilə birlikdə ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün keçirilən və 3 saat davam edən imtahanda namizədlərə 100 sualdan ibarət sual kitabçası təqdim olunub. Sualların 80-i namizədin hüquq və qanunvericilik sahəsi üzrə biliyini, 20-si isə məntiqi nəticə çıxarma qabiliyyətini yoxlayıb. İmtahanın nəticələri saat 15:20-dən etibarən TQDK-nın internet saytında yerləşdirilib.

 

İmtahanda iştirak etmək üçün namizədliyi qeydə alınmış 465 namizəddən 83 nəfəri imtahana gəlməyib. 55 və daha çox bal toplamış 168 namizəd müsabiqənin ikinci mərhələsinə – söhbətə buraxılıb.

 

Apa.az