Ədliyyə Nazirliyində görüş

Posted by

Ədliyyə Nazirliyində görüşƏdliyyə Nazirliyində görüş

Ədliyyə Nazirliyində görüş

Oktyabrın 2-də ədliyyə naziri Fikrət Məmmədov IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Avstriyanın və Sloveniyanın sabiq ədliyyə nazirləri xanım Klaudia Bandion-Ortner və Ales Zalar ilə görüşüb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, ölkələrimizin səmərəli əməkdaşlıq münasibətlərini qeyd edən nazir Ədliyyə nazirlikləri arasında işgüzar əlaqələrin inkişaf etdiyini vurğulayıb. Fikrət Məmmədov Avropa ədliyyə nazirlərinin konfranslarında keçirilmiş ikitərəfli görüşləri və faydalı danışıqları xatırladıb, əməkdaşlığa dair geniş perspektivlərin olduğunu bildirib.

Azərbaycanda böyük inkişafın şahidi olduqlarını bildirən qonaqlar Bakı Humanitar Forumunun əhəmiyyətini qeyd edib, Prezident İlham Əliyevin Forumdakı nitqində mədəniyyətlər və dinlərarası dialoqun təşviqinə xüsusi önəm verməsini və respublikamızda bu sahəyə böyük diqqətin olmasını yüksək dəyərləndiriblər.

Ədliyyə sahəsində Avropa şəbəkəsinin yaradıldığını bildirən qonaqlar Azərbaycan ilə əməkdaşlığa böyük önəm verdiklərini vurğulayıb, qurumun təsisçiləri kimi şəbəkənin fəaliyyət istiqamətlərindən danışıb, qarşılıqlı fəaliyyətə dair təkliflər irəli sürüblər.

Görüşdə, həmçinin ədliyyə və məhkəmə fəaliyyətinə, habelə multikulturizm və dinlərarası dialoqun gücləndirilməsinə dair əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Qonaqlar nazirlikdəki Ədliyyə tarixi muzeyində olublar.

 

AzərTac.az