Dilçilik İnstitutunda Terminologiya şöbəsi yaradılıb

Posted by

Dilçilik İnstitutunda Terminologiya şöbəsi yaradılıb

Dilçilik İnstitutunda Terminologiya şöbəsi yaradılıb

Dilçilik İnstitutunda Terminologiya şöbəsi yaradılıb

Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunda Terminologiya şöbəsi yaradılıb.

İnstitutdan Trend-ə verilən məlumata görə, elmi-texniki tərəqqi sayəsində yeni terminlərin meydana çıxması ilə əlaqədar terminoloji sistemlərin fasiləsiz olaraq təkmilləşdirilməsi, elmi terminologiyanın inkişafının düzgün istiqamətləndirilməsi, Azərbaycan dilinin tələblərinə uyğunlaşdırılması və sistemə salınması üçün bu institutda əvvəllər fəaliyyət göstərmiş Terminologiya şöbəsinin yenidən bərpa edilməsi zərurəti yaranıb.

Bununla bağlı Humanitar və İctimai Elmlər Bölməsi vəsatət qaldırıb.

Bunları nəzərə alan AMEA Rəyasət Heyəti AMEA Nəsimi adına Dilçilik İnstitutunun strukturunda Terminologiya şöbəsinin yaradılmasına dair qərar qəbul edib.

 

Trend.az