Derek Hoqan: “ABŞ qarşıdakı bütün çətinliklərin aradan qaldırılması istiqamətində hər zaman Azərbaycanla tərəfdaşdır”

Posted by

Derek Hoqan: “ABŞ qarşıdakı bütün çətinliklərin aradan qaldırılması istiqamətində hər zaman Azərbaycanla tərəfdaşdır”Derek Hoqan: “ABŞ qarşıdakı bütün çətinliklərin aradan qaldırılması istiqamətində hər zaman Azərbaycanla tərəfdaşdır”

Derek Hoqan: “ABŞ qarşıdakı bütün çətinliklərin aradan qaldırılması istiqamətində hər zaman Azərbaycanla tərəfdaşdır”

“ABŞ 5 il əvvəl ancaq terminal tikirdisə, qaz idxalı ilə məşğul idisə, indi isə biz ən çox istehsalçıya çevriləcəyik. İnanıram ki, onilliyin sonunda biz ən böyük enerji istehsalçısı olacağıq”.

 

“APA-Economics”in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan bu gün Bakıda keçirilən “Azərbaycan və Xəzər dənizi neft və qaz həftəsi”nin ikinci günündə bildirib.

 

“Hazırda ABŞ-ın 7 LNG layihəsi təsdiq edilib. Gələcəkdə bunu 50-yə çatdırmaq fikrindəyik. İndi ABŞ enerji inqilabı edir. Məhz bu regionla bazarlarda da sabitləşməyə kömək edəcək”, – deyə D. Hoqan bildirib.

 

“LNG qazı istehsalından sonra Xəzər qazına ABŞ-ın marağı azalacaqmı?” sualına D. Hoqan bu cür cavab verib: “Hesab edirəm ki, Xəzər qazı daha çox bizim Avropadakı tərəfdaşlarımız üçün əhəmiyyətlidir. Bizim üçün Azərbaycan, o cümlədən Xəzər regionu ölkələri hər zaman əhəmiyyətlidir”.

 

Diplomat deyib ki, Xəzər regionu ölkələri, həmçinin Azərbaycan ABŞ-ın enerji tərəfdaşlarıdır.

 

“ABŞ qarşıdakı bütün çətinliklərin aradan qaldırılması istiqamətində hər zaman Azərbaycanla tərəfdaşdır”, – deyə D. Hoqan əlavə edib.

 

Apa.az