Deputatların etik davranışı ilə bağlı qanun layihəsi MM-də müzakirəyə çıxarılır

Posted by

“Azərbaycan Respublikası Milli Məclisinin deputatının etik davranışı haqqında” yeni qanun layihəsi sabah parlamentdə müzakirəyə çıxarılır.

APA-nın məlumatına görə, layihə parlamentin İnsan hüquqları komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin birgə iclasında müzakirə olunacaq.

Qanun layihəsində deputatların etik davranışlarının tənzimlənməsi ilə bağlı müddəalar əksini tapıb.

Apa.az