Dekabrın 16-17-də Ankarada Azərbaycan və Türkiyə arasında Yüksək Səviyyəli Hərbi Dialoq keçiriləcək

Posted by

Dekabrın 16-17-də Ankarada Azərbaycan və Türkiyə arasında Yüksək Səviyyəli Hərbi Dialoq keçiriləcəkDekabrın 16-17-də Ankarada Azərbaycan və Türkiyə arasında Yüksək Səviyyəli Hərbi Dialoq keçiriləcək

Dekabrın 16-17-də Ankarada Azərbaycan və Türkiyə arasında Yüksək Səviyyəli Hərbi Dialoq keçiriləcək

Dekabr ayının 16-17-də Ankarada Azərbaycan və Türkiyə arasında Yüksək Səviyyəli Hərbi Dialoq iclası keçiriləcək.

 

Bu barədə APA-ya Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.

 

İclasda iki ölkə arasında hərbi sahədə əməkdaşlığın növbəti il üçün hədəfləri, hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlıq imkanları və perspektivləri müzakirə ediləcək. İclasda hər iki tərəfdən Silahlı Qüvvələrin ayrı-ayrı strukturlarının, həmçinin müdafiə sənayesinə məsul qurumların nümayəndələri iştirak edəcəklər.

 

Qeyd edək ki, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoqu 2007-ci ildən etibarən ildə bir dəfə olmaqla keçirilir.

 

APA-nın məlumatına görə, Azərbaycan tərəfdən nümayəndə heyətinə müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev rəhbərlik edəcək. Buna qədər Hərbi Dialoqa qatılan Azərbaycan heyətinə müdafiə nazirinin sabiq müavini Çingiz Məmmədov rəhbərlik etmişdi.

 

Apa/az