Daxili Qoşunların zabit və gizirlər üçün yeni yaşayış kompleksi istifadəyə verilib

Posted by

Daxili Qoşunların zabit və gizirlər üçün yeni yaşayış kompleksi istifadəyə verilib

Daxili Qoşunların zabit və gizirlər üçün yeni yaşayış kompleksi istifadəyə verilib

Daxili Qoşunların zabit və gizirlər üçün yeni yaşayış kompleksi istifadəyə verilib

Daxili Qoşunların yaranmasının 22-ci ildönümü ərəfəsində paytaxtın Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissənin ərazisində zabit və gizirlər üçün yeni tikilmiş yaşayış kompleksi istifadəyə verilib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, bu münasibətlə keçirilmiş tədbirdə respublikanın daxili işlər naziri general-polkovnik Ramil Usubov iştirak edib.

 

Əvvəlcə daxili işlər nazirinin qarşılanma mərasimi olub. Nazir müavini – Daxili Qoşunların komandanı general-mayor Şahin Məmmədov general-polkovnik R.Usubova şəxsi heyətin mərasimə hazır olması barədə raport verib.

 

Sonra general-mayor Ş.Məmmədov çıxış edərək yeni kompleksin açılışının Daxili Qoşunların həyatında əlamətdar günlərdən biri olduğunu qeyd edib, bunu Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Silahlı Qüvvələrə, o cümlədən Daxili Qoşunlara xüsusi diqqət və qayğısının nəticəsi kimi qiymətləndirib, Daxili Qoşunların komandanlığı və şəxsi heyəti adından ölkə rəhbərliyinə dərin minnətdarlığını bildirib.

 

Qeyd olunub ki, inşasına 2012-ci ilin iyununda başlanmış iki ədəd 6 mərtəbəli yeni kompleksin ümumi sahəsi 12 200 kvadratmetrdir. İki binada ümumilikdə 120 mənzil var və onların hər biri zəruri avadanlıqlarla təchiz edilib.

 

Daha sonra daxili işlər naziri general-polkovnik R.Usubov çıxış edərək ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin salamlarını və təbriklərini tədbir iştirakçılarına çatdırıb, yeni mənzillərlin sahiblərini və ailə üzvlərini təbrik edib, onlara xoşbəxtlik, cansağlığı və xidməti fəaliyyətdə uğurlar arzulayıb.

 

O, ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkənin ictimai-siyasi, iqtisadi həyatında, ordu quruculuğunda böyük uğurlar qazanıldığını, daxili işlər orqanlarının maddi-texniki bazasının daha da möhkəmləndiyini, hərbi qulluqçuların sosial-məişət şəraitinin ilbəil yaxşılaşdığını vurğulayıb. Nazir deyib ki, son illər Daxili Qoşunlar üçün də müxtəlif təyinatlı onlarca obyektlər, hərbi şəhərciklər, o cümlədən hərbi qulluqçular üçün yeni yaşayış kompleksləri, əsgər kazarmaları, müasir avadanlıqlarla təchiz edilmiş tibb məntəqələri və s. tikilərək istifadəyə verilib. Bildirilib ki, Biləcəri qəsəbəsində yüksək səviyyədə inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi də Prezident İlham Əliyevin Daxili Qoşunlara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

 

Nazir yaşayış kompleksinin açılışını bildirən lenti kəsib, burada hərbi qulluqçular üçün yaradılmış şəraitlə yaxından tanış olub.

 

Yeni tikilidə mənzillə təmin olunan Daxili Qoşunların zabitləri – mayor Çingiz Məmmədov, kapitan Anar Alıyev və onların ailə üzvləri göstərilən ali diqqət və qayğıya, hərbi qulluqçuların sosial rifah halının, mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılmasına görə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

Trend.az