Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisinə general-mayor hərbi rütbəsi verilib
Azərbaycan Prezidenti İlham Əliyev İlqar Məmmədova general-mayor hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi İlqar Aydın oğlu Məmmədova general-mayor hərbi rütbəsi verilsin.