Daxili İşlər Nazirliyində Xocalıda şəhid olmuş polis əməkdaşlarının ailə üzvlərinin iştirakı ilə anım mərasimi keçirilib

Posted by

Daxili İşlər Nazirliyində Xocalıda şəhid olmuş polis əməkdaşlarının ailə üzvlərinin iştirakı ilə anım mərasimi keçirilib

Daxili İşlər Nazirliyində Xocalıda şəhid olmuş polis əməkdaşlarının ailə üzvlərinin iştirakı ilə anım mərasimi keçirilib

Daxili İşlər Nazirliyində Xocalıda şəhid olmuş polis əməkdaşlarının ailə üzvlərinin iştirakı ilə anım mərasimi keçirilib

Fevralın 24-də Daxili İşlər Nazirliyində Xocalıda şəhid olmuş polis əməkdaşlarının ailə üzvlərinin iştirakı ilə anım mərasimi keçirilmişdir.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərov açmış və soyqırımla bağlı çıxış etmişdir. O bildirmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə təpədən-dırnağadək silahlanmış erməni silahlı dəstələri 366-cı motoatıcı alayın şəxsi heyətinin və ağır texnikasının köməyi ilə mühasirədə olan Xocalını işğal etmişdir. Həmin gecə şəhər əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər – qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz zülmlərə, təhqir və həqarətlərə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyil. O zamankı respublika rəhbərliyi dinc vətəndaşların təhlükəsizliyini qorumaq, qanlı hadisələrin qarşısını almaq, faciənin miqyasını azaltmaq üçün heç nə etməmişdir.

Yalnız xalqın təkidli tələbilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin prinsipial mövqeyi sayəsində xalqımıza qarşı törədilən soyqırımına obyektiv hüquqi-siyasi qiymət verilmişdir. Milli Məclisin 24 fevral 1994-cü il tarixli qərarı ilə 26 fevral “Xocalı soyqırımı günü” elan olunmuş, 1997-ci il fevralın 25-də “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” sərəncam imzalanmışdır.

Xocalının müdafiəsi zamanı düşmənlə qeyri-bərabər döyüşlərdə 17 polis əməkdaşının da qəhrəmancasına həlak olduğunu xatırladan nazir müavininin təklifi ilə soyqırıma məruz qalmış xocalıların, eləcə də ərazi bütövlüyümüz və suverenliyimiz uğurunda canlarından keçmiş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Xocalı soyqırımının insanlığa qarşı törədilmiş ən dəhşətli faciələrlə bir sırada durduğunu deyən Ə.Ələkbərov tədbir iştirakçılarının diqqətinə çatdırmışdır ki, işğaldan sonra bütün maddi mədəniyyət abidələrinin vəhşicəsinə dağıdılması bəşər mədəniyyətinə, sivilizasiyasına, insan haqlarına qarşı törədilmiş qatı cinayətdir.

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə bu faciənin bütün dünyada tanınması istiqamətində görülən işləri, Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan həqiqətlərinin dünyanın hər yerində yayılmasını, beynəlxalq aləmin məlumatlandırılmasını, Ermənistanın torpaqlarımızı işğal etməsi faktı və Xocalı soyqırımı ilə bağlı iki yüz mindən artılq həmvətənimizin, o cümlədən daxili işlər orqanları əməkdaşlarının da Ağ evin saytındakı petisiyaya səs verdiyini, prosedur qaydalarına uyğun olaraq, ABŞ Prezidentinin hər iki məsələylə əlaqədar bəyanatla çıxış edəcəyini diqqətə çatdıran nazir müavini Əsgər Ələkbərov vurğulamışdır ki, artıq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğatının iç üzü ifşa olunmuşdur və dünya ictimai fikri Xocalı həqiqətlərini qəbul etməyə başlayır. Artıq Pakistan, Meksika, Kolumbiya, Rumıniya və digər ölkələrin parlamentləri tərəfindən Xocalıda baş verən kütləvi qətliam soyqrımı kimi tanınmış, ABŞ-ın 6 ştatının qaninverici orqanları da anoloji addımı atmışdır.

Polis general-leytenantı Əsgər Ələkbərov nazir, general-polkovnik Ramil Usubovun adından bu qəhrəman şəhərin müdafiəsində şəhid olmuş polis əməkdaşlarının ailə üzvlərinə bir daha başsağlığı vermiş, onların problemləri və qayğıları ilə maraqlanmış, qaldırılan məsələlərin tezliklə həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini bildirmişdir.

Xocalının müdafiəsi zamanı şəhid olmuş polis əməkdaşlarının ailələri adından danışan Vərziyar Əliyeva və Tacirə Xəlilova onlara göstərilən diqqət, qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq etmiş, Azərbaycan Prezidentinin apardığı məqsədyönlü daxili və xarici siyasətin nətisəsində doğma yurd yerlərinə qayıdacaqlarına ümidvar olduqlarını bildirmişdir.

Nazir müavini bu gün Azərbaycanın bölgədə həlledici söz sahibinə çevrildiyini, BMT Təhlükəsizlik Şurasının üzvü kimi dünyada gedən mühüm proseslərlə bağlı öz prinsipial mövqeyini ortaya qoyduğunu, problemin ədalət və beynəlxalq hüquq normaları çərçivəsində həllinə əminliyini bildirmiş, eyni zamanda, iqtisadi potensialımızın, siyasi və hərbi qüdrətimizin durmadan artdığını xatırladaraq xalqımızın iradəsinə və ordumuzun gücünə arxalanan dövlətimizin öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcəyi barədə möhtərəm dövlət başçımızın qətiyyətli mövqeyini bir daha diqqətə çatdırmışdır.

 

Trend.az