Daha bir ABŞ konqresmeni Barak Obamanı Azərbaycana dəstək verməyə çağırıb

Posted by

Daha bir ABŞ konqresmeni Barak Obamanı Azərbaycana dəstək verməyə çağırıbDaha bir ABŞ konqresmeni Barak Obamanı Azərbaycana dəstək verməyə çağırıb

Daha bir ABŞ konqresmeni Barak Obamanı Azərbaycana dəstək verməyə çağırıb

ABŞ konqresmeni Mayk Doyl Prezident Barak Obamaya müraciət edərək, Azərbaycana ardıcıl dəstək verməsinin əhəmiyyətini vurğulayıb.

 

Trend-in məlumatına görə, konqresmen Doyl öz məktubunda Azərbaycanın ABŞ-ın sınanmış müttəfiqi və mühüm strateji tərəfdaşı olduğunu, habelə regiondakı mövcud çağırışlara baxmayaraq, ABŞ ilə tərəfdaşlığa sadiq qaldığını qeyd edib. O, ölkəmizin Əfqanıstan və İraqdakı əməliyyatlara dəstəyini təqdir etmişdir. Eyni zamanda, konqresmen Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kəmərlərinin önəmini qeyd edərək, Azərbaycanın Avropa və İsrailin enerji təhlükəsizliyinə töhfəsini qabardıb.

 

Amerikalı konqresmen məktubda Azərbaycanın əhəmiyyətli iqtisadi inkişafa nail olduğunu və Cənubi Qafqaz regionunda ABŞ-ın ən böyük iqtisadi tərəfdaşı olduğunu yazıb. Eyni zamanda, Azərbaycanda kök atmış dünyəvilik və dözümlülük ənənələrini xüsusi qeyd edib.

 

Qeyd edək ki, ABŞ konqresmeni Robert Aderholt da Prezident Barak Obamaya məktubla müraciət edərək, ABŞ-ı Azərbaycana dəstək verməyə çağırıb.

 

Trend.az