Azərbaycanda 314 azərbaycanlının xaricdə təhsil almasına razılıq verilib

Posted by

Azərbaycanda 314 azərbaycanlının xaricdə təhsil almasına razılıq verilib

Azərbaycanda 314 azərbaycanlının xaricdə təhsil almasına razılıq verilibAzərbaycanda 314 azərbaycanlının xaricdə təhsil almasına razılıq verilib

Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş daha 84 namizəd barədə müsbət qərar qəbul olunub.
Trend Təhsil Nazirliyinin saytına istinadən bildirir ki, bu günə qədər Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən 2013-2014-cü tədris ili üzrə Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş 315 namizəd barədə müsbət qərar qəbul edilib.
Təhsil Nazirliyi Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanan gənclərin Azərbaycanın gələcək inkişafına töhfələr verəcəyinə əminliyini bildirir.