Cəzaçəkmə müəssisəsində məhkum qadınlara şəxsiyyət vəsiqəsi verilib
Cəzaçəkmə müəssisəsində məhkum qadınlara şəxsiyyət vəsiqəsi verilib.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, dekabrın 22-də Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlara şəxsiyyət vəsiqələrinin təqdim olunması münasibətilə tədbir keçirilib.
Penitensiar Xidmətin Kadrlar idarəsinin rəisi ədliyyə polkovniki Zaur Əliyev, DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin inspektoru polis mayoru Rəşad Hacıyev və 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi ədliyyə polkovnik-leytenantı Faris Abdullayev tərəfindən şəxsiyyət vəsiqələrini itirmiş, köhnə nümunəli SSRİ pasportu, 9 saylı formada arayış və ya vaxtı keçmiş vəsiqələri olan məhkumlara yeni şəxsiyyət vəsiqələri təqdim edilib.
4 saylı cəzaçəkmə müəssisəsinin məhkumları şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı rəhbərliyə öz minnətdarlıqlarını bildiriblər.
Trend.az