Cəzaçəkmə müəssisələrində yoxlamalar davam edir

Posted by

Cəzaçəkmə müəssisələrində yoxlamalar davam edir

Cəzaçəkmə müəssisələrində yoxlamalar davam edir

Cəzaçəkmə müəssisələrində yoxlamalar davam edir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın ünvanına daxil olan müraciətlərin yerində araşdırılması məqsədilə Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı cəzaçəkmə müəssisəsinə qısamüddətli başçəkmə həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, başçəkmə zamanı bu müəssisədə cəza çəkən bir sıra məhkum, o cümlədən Hilal Məmmədov qəbul edilib, onlara hüquqları, daxili rejim qaydaları və Ombudsmanın səlahiyyətləri izah olunub.

 

Habelə Ombudsmanın nümayəndələri 17 saylı cəzaçəkmə müəssisəsinin cərimə təcridxanasında saxlanılan şəxslərin saxlanılma şəraiti və onlara qarşı rəftarla bağlı mövcud vəziyyəti öyrəniblər.

 

Cəzaçəkmə müəssisəsinin tibb-sanitar hissəsində hazırda əsaslı təmir işlərinin davam etdirildiyi, palataların sayının artırıldığı, yeni stomatoloji kabinetin tikildiyi müəyyənləşdirilib.

 

Başçəkmə zamanı MPQ üzvlərinin tövsiyəsindən sonra müəssisə rəhbərliyi ilə karantində olan sanitar qovşaqların sayının artırılması razılaşdırılıb.

 

Məhkumların qaldırdığı məsələlər müəssisə rəhbərliyinin diqqətinə çatdırılmış və saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı həmin müəssisənin rəhbərliyinə digər tövsiyələr də verilib.

 

Sia.az