İctimaiyyətin nümayəndələri irimiqyaslı təlimin iştirakçıları ilə görüşüb

Posted by

İctimaiyyətin nümayəndələri irimiqyaslı təlimin iştirakçıları ilə görüşüb

İctimaiyyətin nümayəndələri irimiqyaslı təlimin iştirakçıları ilə görüşüb

 

 

İctimaiyyətin nümayəndələri irimiqyaslı təlimin iştirakçıları ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən keçirilən irimiqyaslı təlimlərə cəlb edilən şəxsi heyətlə Şəmkir Rayon İcra Hakimiyyətinin, rayonun Ağsaqqallar Şurasının, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının və digər ictimai qurumların nümayəndələrinin görüşü keçirilib.

 

Təlim poliqonunda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən müdafiə naziri, general-polkovnik Zakir Həsənov Vətən və xalq qarşısında hər kəsin məsuliyyətinə diqqət çəkərək bu tədbirdə iştirak etdiklərinə görə təşəkkürünü bildirib. Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində qısa müddətdə Silahlı Qüvvələrimizdə xeyli iş görüldüyünü xüsusi vurğulayan nazir əsgər və zabitlərimizin, o cümlədən təlimlərə cəlb edilən şəxsi heyətin döyüş hazırlığının yüksək səviyyədə olduğunu söyləyib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimlərdə iştirak edən şəxsi heyətlə görüşən, silah-sursat və döyüş texnikası ilə tanış olan qonaqlar Silahlı Qüvvələrimizin təminatından, əsgər və zabitlərimizin vətənpərvərlik ruhundan razı qaldıqlarını bildiriblər.

 

Sonda Gəncə Qarnizon Zabitlər Evi və Şəmkir hərbi birliyinin özfəaliyyət kollektivinin təqdim etdiyi konsert proqramı rayon fəalları və təlim iştirakçıları tərəfindən hərarətlə qarşılanıb.

 

AzərTac.az