Cənub Qaz Dəhlizinin və Azərbaycan qazının Avropa iqtisadiyyatı üçün əhəmiyyəti Vaşinqtonda müzakirə edilib http://azertag.az/xeber/817522

Posted by

Cənub Qaz Dəhlizinin və Azərbaycan qazının Avropa iqtisadiyyatı üçün əhəmiyyəti Vaşinqtonda müzakirə edilib  http://azertag.az/xeber/817522

Cənub Qaz Dəhlizinin və Azərbaycan qazının Avropa iqtisadiyyatı üçün əhəmiyyəti Vaşinqtonda müzakirə edilib

 

 

Cənub Qaz Dəhlizinin və Azərbaycan qazının Avropa iqtisadiyyatı üçün əhəmiyyəti Vaşinqtonda müzakirə edilib  http://azertag.az/xeber/817522

Vaşinqtonda “Avropada regional enerji təhlükəsizliyinin dinamikası” mövzusunda forum keçirilib. “Avropa institutu” analitik mərkəzi tərəfindən təşkil edilmiş forumda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi və Avropa Enerji İttifaqının yaradılması məsələləri müzakirə olunub.

 

Forumun birinci panelində Şimali Avropa ölkələrinin enerji təhlükəsizliyi problemi müzakirə olunub. İclasda Latviyanın ABŞ-dakı səfiri Andris Razans, Norveçin ABŞ-dakı səfiri Kare Aas, Finlandiyanın ABŞ-dakı səfirinin müavini Ann Vasara, Polşanın ABŞ-dakı səfirinin müavini Masiyej Pisarski, habelə Almaniyanın ABŞ-dakı səfirliyinin iqtisadiyyat və kommersiya şöbəsinin rəhbəri Hendrik Barkelinq çıxış ediblər. Məruzəçilər Avropanın enerji siyasəti, enerji bazarının dinamikası və enerji daşıyıcılarının əsas təchizatçıları ilə təmsil etdikləri ölkələrin qarşılıqlı münasibətləri məsələlərində öz dövlətlərinin mövqeyini şərh ediblər. Diplomatlar təbii qaz təchizatı mənbələrinin və marşrutlarının şaxələndirilməsinin vacibliyini vurğulayıblar. İstehlak etdiyi təbii qazın 100 faizini Rusiyadan idxal edən Finlandiyanın ABŞ-dakı səfirliyinin nümayəndəsi Avropa Enerji İttifaqının yaradılmasının vacibliyini qeyd edib. İşlənmiş qazların həcminin, habelə neft və qaz idxalından asılılıq dərəcəsinin azaldılması üçün Avropa ölkələrində müvafiq qanunlar qəbul edilməsinin zəruriliyi vurğulanıb. Məsələn, Norveçdə adi avtomobillərin alıcıları həmin avtomobillərin dəyərinin 100 faizi həcmində vergi ödəyir, elektriklə işləyən avtomobillərin alıcıları isə maşın aldıqlarına görə vergi ödəməkdən azad ediliblər.

 

Forumun ikinci paneli Cənubi Avropa ölkələrinin enerji təhlükəsizliyi problemlərinin müzakirəsinə həsr edilib. Burada Bolqarıstanın ABŞ-dakı səfiri Yelena Poptodorova, Rumıniyanın ABŞ-dakı səfiri İlian Buqa, Slovakiyanın ABŞ-dakı səfirinin müavini Peter Zelenyak, İtaliyanın ABŞ-dakı səfirliyinin elm və iqtisadi əlaqələr şöbəsinin müşaviri Karlo Romeo çıxış ediblər.

 

Bolqarıstan səfiri Yelena Poptodorova öz çıxışında Cənubi və Mərkəzi Avropada qaz şəbəkəsinin təkmilləşdirilməsinin və birləşdirici qaz kəmərləri tikintisinin vacibliyini vurğulayıb. Səfir qeyd edib ki, Bolqarıstanın coğrafi mövqeyinin əlverişsiz olması səbəbindən bu ölkənin əsas qaz kəmərləri üçün tranzit əraziyə çevrilmək şansının azalmasına baxmayaraq, ölkə hökuməti enerji layihələri üzrə əməkdaşlığı davam etdirib. Y.Poptodorova Bolqarıstanı Cənub Qaz Dəhlizinə birləşdirəcək və bu ölkəyə Azərbaycan qazının nəql edilməsinə imkan verəcək İGB qaz kəmərinin (Yunanıstan-Bolqarıstan dövlətlərarası konnektoru) nümunəsində birləşdirici qaz kəmərləri şəbəkəsini genişləndirməyin zəruriliyini vurğulayıb.

 

Rumıniya səfiri İ.Buqa Bolqarıstanın mövqeyini dəstəkləyərək deyib ki, onun ölkəsi enerji layihələri üzrə Avropanın digər ölkələri ilə əməkdaşlıq siyasətinə tərəfdardır və yaxın vaxtlarda Rumıniya ilə Macarıstan arasında birləşdirici qaz kəməri tikintisinə başlayıb. Diplomat bildirib ki, tezliklə Rumıniya ilə Moldova və Rumıniya ilə Bolqarıstan arasında bu cür konnektorlar qurulacaq. O, Avropa İttifaqı rəhbərlərini Cənubi Avropanın enerji infrastrukturunun yenilənməsinə investisiyaları stimullaşdırmağa çağırıb.

 

Slovakiya səfirliyinin nümayəndəsi Peter Zelenyak forum iştirakçılarına onun ölkəsinə enerji məhsulları idxalı barədə statistik məlumatlara əsaslanaraq bildirib ki, Slovakiya neftin 99 faizə qədərini əsasən Rusiyadan və Azərbaycandan idxal edir.

 

İtaliya səfirliyinin nümayəndəsi Karlo Romeo öz ölkəsinin enerji siyasətindən söhbət açaraq qeyd edib ki, Azərbaycan qazının Avropaya nəql edilməsi üçün nəzərdə tutulan Cənub Qaz Dəhlizi İtaliya hökuməti üçün xüsusi əhəmiyyət kəsb edir. K.Romeo Transadriatik qaz kəməri barədə ətraflı statistik məlumatlar təqdim edərək bildirib ki, birbaşa xarici kapital qoyuluşlarını, iqtisadi artımı stimullaşdıran bu qaz kəməri Avropanın enerji təchizatının şaxələndirilməsinə və müstəqilliyinə xüsusi töhfə verəcəkdir. O, ölkələr arasında enerji münaqişələri məsələsinə toxunaraq dövlətlərin və şirkətlərin rəhbərlərini bu münaqişələri Beynəlxalq Enerji Agentliyinin vasitəçiliyi ilə həll etməyə çağırıb.

 

Forumda iştirak edən AzərTAc-ın Vaşinqtondakı xüsusi müxbiri Yusif Babanlı qeyd edib ki, Azərbaycanda Avropaya qaz nəql ediləcəyi “Şahdəniz” yatağından əlavə, “Abşeron” və “Şəfəq-Asiman” kimi digər böyük yataqlar da var.

 

Tədbirin sonunda diplomatlar Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunu bir daha vurğulayıblar.

 

AzərTac.az