Əcnəbilərin Azərbaycanda həyata keçirdikləri maliyyə əməliyyatları barədə ölkəsi məlumatlandırılacaq

Posted by

Birgə beynəlxalq müqavilələrə imza atmış ölkələrin hüquqi və fiziki şəxslərinin Azərbaycan ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə birbaşa həmin şəxsin vətəndaşı olduğu dövlətin səlahiyyətli orqanlarına məlumat veriləcək.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Fərdi məlumatlar haqqında” qanuna yeni 13.2-1 maddəsi, “Banklar haqqında” qanunun 41.2-ci maddəsinə və “Sığorta fəaliyyəti haqqında” qanunun 6.2-ci maddəsinə isə yeni bənd əlavə edilir.

Əlavələr layihəsinə görə, Azərbaycanla digər dövlətlər arasında bağlanmış beynəlxalq müqavilələrə uyğun olaraq, bu dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada birbaşa həmin şəxsin vətəndaşı olduğu, yaxud yaşadığı xarici dövlətin səlahiyyətli orqanına veriləcək.

Layihə Milli Məclisin iyunun 20-də keçirilən plenar iclasında müzakirəyə çıxarılacaq.

Apa.az