Ceyms Uorlik tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırdı
ATƏT Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Ermənistan və Azərbaycan hökumətlərini “Soçi Olimpiya atəşkəsi”ni davam etdirməyə və atəşkəs rejminə əməl etməyə çağırıb.
Trend-in məlumatına görə, bu barədə C.Uorlik öz “twitter” səhifəsində yazıb.
Həmsədr qeyd edib ki, artıq çoxlu insan olüb: “Siz bununla razısınızmı?”
Qeyd edək ki, “Olimpiya barışığı”ndan sonra erməni silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun iki əsgəri şəhid olub.
Milli.Az