Ceyms Uorlik: Dağlıq Qarabağ münaqişəsi tərəfləri müharibədən bir variant kimi imtina etməlidirlər

Posted by

Ceyms Uorlik: Dağlıq Qarabağ münaqişəsi tərəfləri müharibədən bir variant kimi imtina etməlidirlərCeyms Uorlik: Dağlıq Qarabağ münaqişəsi tərəfləri müharibədən bir variant kimi imtina etməlidirlər

Ceyms Uorlik: Dağlıq Qarabağ münaqişəsi tərəfləri müharibədən bir variant kimi imtina etməlidirlər

Dağlıq Qarabağ münaqişəsi tərəfləri müharibədən bir variant kimi imtina etməlidirlər. Trend-in məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz “Twitter” səhifəsində yazıb.

 

C.Uorlik qeyd edib: “Dağlıq Qarabağ münaqişəsinin böyüməsi heç kəsin marağına cavab vermir. Tərəflər vəziyyətin daha da gərginləşməsinə yol verməməli və müharibədən bir variant kimi imtina etməlidirlər”.

 

Qeyd edək ki, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

 

İlkin məlumata görə, düşmənin məhv edilmiş helikopterində olan 3 hərbi qulluqçu həlak olub.

 

Trend.az