Ceyms Uorlik Azərbaycan və Ermənistan prezidentlərinə müraciət edib
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan prezidentlərinə müraciət edib.
APA-nın məlumatına görə, bu barədə C.Uorlik öz “Twitter” hesabında yazıb.
Amerikalı diplomat tərəfləri təmas xəttində qarşıdurmanı dayandırmağa çağırıb: “Prezidentlərə müraciət edirəm ki, təmas xəttində qarşıdurmanın dayandırılması, danışıqlara riayət edilməsi üçün lazımi tədbirlər görsünlər”.
Apa.az