Cenevrədə Azərbaycanın ÜTT-yə üzvlüyü çərçivəsində ikitərəfli və çoxtərəfli danışıqlar keçiriləcək

Posted by

Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü prosesi çərçivəsində ikitərəfli və çoxtərəfli danışıqlarda iştirak etmək məqsədi ilə İsveçrənin Cenevrə şəhərinə səfər edib.

Trend-in Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər zamanı ABŞ, Kanada, Norveç, Yaponiya və digər ölkələrlə mallar və xidmətlər üzrə ikitərəfli, ölkəmizin kənd təsərrüfatına daxili dəstək məsələləri üzrə isə çoxtərəfli danışıqların aparılması nəzərdə tutulub.

Danışıqlarda ölkəmizin təqdim etdiyi mallar və xidmətlər üzrə yenilənmiş təkliflər, kənd təsərrüfatına daxili dəstək və ölkəmizin ticarət sistemi kimi məsələlər də müzakirə olunacaq.

Trend.az