Cəbhədə gərginlik davam edir, sutka ərzində atəşkəs 72 dəfə pozulub

Posted by

Cəbhədə gərginlik davam edir, sutka ərzində atəşkəs 72 dəfə pozulubMüdafiə Nazirliyi (MN) bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 72 dəfə pozulub.

Cəbhədə gərginlik davam edir, sutka ərzində atəşkəs 72 dəfə pozulub

Erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Noyanberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli kəndində yerləşən mövqelərimizi atəşə tutub.

 

Tərtər rayonunun Çaylı, Qızıl Oba, Ağdam rayonunun Şıxlar, Şuraabad, Kəngərli, Mərzili, Yusifcanlı, Baş Qərvənd, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Qaraxanbəyli, Qorqan, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

 

APA-nın MN-in saytına istinadən verdiyi məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

 

Apa.az