CAREC ölkələrinin gömrük xidmətləri regional əməkdaşlığın birgə planını hazırlayacaqlar

Posted by

CAREC ölkələrinin gömrük xidmətləri regional əməkdaşlığın birgə planını hazırlayacaqlar

 

CAREC ölkələrinin gömrük xidmətləri regional əməkdaşlığın birgə planını hazırlayacaqlar

CAREC ölkələrinin gömrük xidmətləri regional əməkdaşlığın birgə planını hazırlayacaqlar

 

CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı) ölkələrinin gömrük xidmətləri Bakıda regional əməkdaşlığın birgə planını müzakirə edəcəklər. Trend-in məlumatına görə, bunu Ümumdünya Gömrük Təşkilatının (ÜGT) texniki zabiti Samson Bilanqa bazar ertəsi Bakıda CAREC proqramı çərçivəsində Gömrük əməkdaşlığı komitəsinin texniki dəstək üzrə ilk seminarının açılışında deyib.

Onun sözlərinə görə, aprelin 9-dək davam edəcək seminar çərçivəsində gömrük mütəxəssisləri Kioto konvensiyasında nəzərdə tutulmuş işlər çərçivəsində gömrük prosedurlarının əlaqələndirilməsi və harmonizasiyası məsələlərini, risklərin idarə olunması sistemlərini müzakirə edəcəklər. Bilanqa onu da qeyd edib ki, bu seminarın keçirilməsi ÜGT-nin müxtəlif prosedurlarını daha yaxşı mənimsəməyə imkan verir. Çünki bir çox ölkələr bu təşkilatın bütün alətlərini hələ tam tətbiq etməyiblər.

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyevin sözlərinə görə, gömrük orqanlarının işinin səmərəliliyi üçün qanunvericilik bazasını təkmilləşdirmək, maddi-texniki bazanı möhkəmləndirmək, əməkdaşların peşə hazırlıqlarının səviyyəsini artırmaq vacibdir.

Onun sözlərinə görə, seminarın keçirilməsi gömrük nəzarətinin təkmilləşdirilməsi, risklərin idarə olunması və gömrük idarəetməsində informasiya texnologiyalarından istifadə mövzularını əhatə edən üçüncü bəndin reallaşdırılmasına istiqamətlənib.

Seminar DGK-nın, Yaponiya hökumətinin və Asiya İnkişaf Bankının (AİB) Gömrüyün dəstəklənməsi Fondunun dəstəyi ilə keçirilir.

Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşinin sözlərinə görə, Yaponiya Mərkəzi Asiya və Qafqaz regionuna xüsusi diqqət ayırır və hesab edir ki, bu region böyük iqtisadi potensiala malikdir.

Onun sözlərinə görə, nəqliyyat sahəsi, ticarətin dəstəklənməsi regionda gömrük prosedurlarının harmonizasiyası vacibdir və Yaponiya hökuməti bu sahədə yardım göstərməkdə davam edəcək.

Seminarın açılışında iştirak edən AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Olli Noroyono CAREC proqramı, eləcə də seminarın məqsədləri haqqında danışıb.

Qeyd edək ki, Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) Azərbaycan, Əfqanıstan, Çin, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Özbəkistan, Tacikistan və Türkmənistanı əhatə edir.

 

Trend.az