Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Astara rayonunda olmuşdur

Posted by

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfirinin müavini Adrian Li Astara rayonunda olmuşdur.

Astara Rayon İcra Hakimiyyətində keçirilən görüşdə diplomata rayonun təbiəti, iqtisadiyyatı, əhalinin məşğuliyyəti, sosial məsələlər, həyata keçirilən və planlaşdırılan infrastruktur layihələri, turizmin və kənd təsərrüfatının inkişaf ilə əlaqədar görülən tədbirlər barədə məlumat verilmişdir.

Adrian Li Azərbaycan iqtisadiyyatının gündən-günə inkişaf etməsinin dost Böyük Britaniya tərəfindən maraqla izləndiyini, ölkələrarası əlaqələrin daha da genişləndirilərək regionları əhatə etməsi üçün tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulamışdır.

Diplomatın Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatında, rayon Veteranlar və Qadınlar Şurasında keçirdiyi görüşlərdə gənclərin təhsili, məşğuliyyəti, asudə vaxtlarının təşkili, idmana münasibət, qadınların dövlət strukturlarında təmsili, yaşlı nəslə dövlət qayğısı barədə fikir mübadiləsi aparılmışdır.

Adrian Li, həmçinin rayonun bir sıra görməli yerlərində, habelə 2 nömrəli çay fabrikində olmuş, müəssisənin iş rejimi, istehsal prosesi ilə maraqlanmışdır.

AzərTac.az