Bu ilin I rübündə 44 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb

Posted by

Bu ilin I rübündə 44 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb

Bu ilin I rübündə 44 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb

Bu ilin I rübündə 44 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb

Bu ilin I rübü ərzində kiçik özəlləşdirmə formasında 150-yə yaxın müəssisə və obyekt, 130-a yaxın obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib. 115-ə yaxın qeyri-yaşayış sahəsi və 105 torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib.

 

Əmlak Məsələləri Dövlət Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə qurumun sədri Kərəm Həsənov 2014-cü ilin I rübündə görülmüş işlər və qarşıda duran vəzifələrə dair kollegiya iclasında deyib.

 

Onun sözlərinə görə, hesabat dövründə 11 səhmdar cəmiyyətin səhmləri özəlləşdirilib. İnvestisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrə 1 mln. manata yaxın məbləğdə investisiya qoyulub.

 

Bununla yanaşı, bu ilin ilk üç ayı ərzində “Dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə vəziyyəti haqqında illik xüsusi hesabat forma”sını təqdim etməli olan 6200-ə yaxın müəssisə və təşkilatdan 5500-ə yaxını xüsusi hesabat formasını təqdim edib. Xüsusi hesabatların elektron xidmət vasitəsilə verilməsi təmin edilib. 1 aprel 2014-cü il vəziyyətinə 6300-ə yaxın hüquqi şəxs statuslu dövlət müəssisəsi və onların 7800-ə yaxın filialının (cəmi 14100 vahid) malik olduğu 155000 daşınmaz əmlak obyekti barədə məlumatlar registrdə qeydiyyata alınıb. Yanvar-mart ayları ərzində ərzində 2 000-ə yaxın əmlak barədə yeni məlumatlar (dəyişikliklər) registrə daxil edilib.

 

Bu ilin I rübü ərzində ölkə üzrə 44 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb, bu göstəricinin 12500-ü ilkin, 31500-ü isə təkrar qeydiyyata aid olub. Bununla yanaşı, hesabat dövründə 9000-ə ipoteka müqaviləsi dövlət qeydiyyatına alınıb. 37000-dən cox daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin texniki inventarlaşdırılması aparılaraq texniki pasport və plan-cizgi tərtib edilib. Hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 31 mindən çox yüklülük (məhdudiyyət) arayışı (15100-dən çox onlayn üsulla), əhaliyə xidmətlə bağlı 4700-ə yaxın digər müxtəlif məzmunlu arayışlar verilib.

 

 

Apa.az