Bu il Səhiyyə Nazirliyinin “Qaynar xətt”inə 2310 müraciət daxil olub
2014-cü ilin yanvar-may ayları ərzində Səhiyyə Nazirliyinin “Qaynar xətt” (9103) xidmətinə ümumilikdə 2310 müraciət daxil olub.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, daxil olmuş müraciətlərin 1637-si şikayət xarakterli olub ki, bunun da 63-ü əsaslı, 998-i əsassız, 576-sı cari problemlərlə bağlı şikayətlərdir.
Aidiyyəti üzrə olmayan sualların sayı 33, sorğu xarakterli müraciətlərin sayı isə 640 olub.
Qaynar xətt xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün əsaslı şikayətlər barədə müvafiq tədbirlər görülüb.
Trend.az