Brüsseldə “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda beynəlxalq forum keçirilir

Posted by

Belçikanın paytaxtı Brüssel şəhərində “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda beynəlxalq forum keçirilir.

Bu gün başlayan forumda Azərbaycandan prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Avropa ölkələrindəki Azərbaycan diasporunun nümayəndələri, bir çox ölkələrin sabiq prezidentləri, baş nazirlər, parlament sədrləri, beynəlxalq ekspertlər, siyasi xadimlər, media təmsilçiləri iştirak edirlər.

Tədbir iki gün davam edəcək.

APA