Britaniyalı nazir Bakıya gəlir
Azərbaycan və Böyük Britaniya siyasi əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər.
Diplomatik mənbələrdən Trend-ə verilən məlumata görə, danışıqlar Böyük Britaniyanın Avropa işləri üzrə naziri Devid Lidinqtonun Bakıya səfəri çərçivəsində aparılacaq.
Səfər noyabrın 4-5-nə planlaşdırılıb. Səfər zamanı, həmçinin ikitərəfli əməkdaşlığın digər aspektləri nəzərdən keçiriləcək.
Səfər Cənubi Qafqaz ölkələrinə turne çərçivəsində baş tutacaq.
Trend/az