Britaniya hökuməti Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində keçirilmiş məhkəmənin qərarını tanımır

Posted by

Britaniya hökuməti Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində keçirilmiş məhkəmənin qərarını tanımırBöyük Britaniya XİN-in dövlət naziri, baronessa Anelay qondarma “DQR”i də tanımadıqlarını bəyan edib

Britaniya hökuməti Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində keçirilmiş məhkəmənin qərarını tanımır

Böyük Britaniya Xarici İşlər Nazirliyinin dövlət naziri, baronessa Coys Anelay Britaniya hökumətinin qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımadığını bəyan edib. Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, baronessa Anelay bunu lord Con Teylor Kilkluninin parlamentdə ona ünvanladığı suala cavabında bildirib.

 

Lord Kilkluninin sualı yaxınlarının işğal olunmuş Azərbaycan ərazilərindəki məzarlarına baş çəkərkən Ermənistan əsgərləri tərəfindən pusquya salınan və əsir götürülən iki azərbaycanlı mülki şəxsin – Şahbaz Quliyev və Dilqəm Əsgərovun taleyi ilə bağlı olub.

 

Britaniyanın Dağlıq Qarabağdakı separatçı rejimi tanımaması ilə yanaşı, baronessa Anelay həmçinin qeyd edib ki, Britaniya hökuməti sualda qeyd edilən məhkəmə icraatının hüquqi bazasını da tanımır. Nazir Böyük Britaniya hökumətinin iki əsirin taleyi məsələsini Beynəlxalq Qırmızı Xaç Komitəsi qarşısında qaldırdığını söyləyib.

 

Qeyd edək ki, Britaniya XİN-in dövlət naziri vəzifəsi nazir müavini statusunda olan vəzifədir.

 

Apa.az