Braziliya multikulturalizm sahəsində Azərbaycan ilə əməkdaşlığa və təcrübə mübadiləsinə hazırdır
Multikulturalizm, etnik və irqi bərabərlik, dini tolerantlıq universal dəyərlərdir və Azərbaycan ilə Braziliyanın bu dəyərləri bölüşməsi məmnunluq doğurur. Braziliya bu istiqamətdə Azərbaycan ilə əməkdaşlığa və təcrübə mübadiləsinin həyata keçirilməsinə hazırdır.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu fikirləri Braziliyanın irqi bərabərlik siyasəti naziri Nilma Qomes
Azərbaycanın bu ölkədəki səfiri Elnur Sultanov ilə görüşündə səsləndirib.
Nazir ölkəsinin irqi bərabərlik sahəsində yürütdüyü siyasət haqqında səfirə məlumat verib.
E.Sultanov Azərbaycan ilə Braziliya arasında siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrin inkişaf etdiyini və əməkdaşlığın daha da genişlənməsi üçün böyük potensialın olduğunu qeyd edib.
Diplomat Azərbaycanda müxtəlif xalqların və dinlərin əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşadığını bildirərək, Azərbaycanda multikulturalizm sahəsində həyata keçirilən dövlət siyasəti barədə məlumat verib. O, ölkəmizin bu sahədə bir çox əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini vurğulayıb. Səfir bu istiqamətdə Braziliya ilə əməkdaşlıq imkanlarının mövcud olduğunu deyib.
AzərTac.az